Türkiyənin Afyonkarahisar şəhərində 29 yaşlı Çengiz Ünlü (şərti ad) və atası saxlanılıb. 

Unikal.org xəbər verir ki, polis Çengizin nənə və babasının qəbirlərinə 26 ədəd çətənə kolu əkdiyini müəyyən edib.

Gəncin atasının evində də əməliyyat keçirən polis 587 qram metamfetamin ("patı"), 54 qram marixuana, 62 kök marixuana bitkisi və 1 ədəd elektron tərəzi ələ keçirilib.