İyulun 7-də iqamətgahına silahlı hücum zamanı qətlə yetirilmiş Haiti prezidenti Jovenel Moiz gələn həftə dəfn ediləcək.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin rabitə və mədəniyyət naziri Enrikes Pradel bildirib.
"İyunun 20-də hökumət üzvləri Jovenel Moizen xatirəsini hörmətlə yad edəcək, iyulun 22-də anım günü, 23-də isə dəfn mərasimi olacaq", - nazir deyib.
Onun sözlərinə görə, dəfn mərasimi ailənin istəkləri və qanuna uyğun olaraq həyata keçiriləcək.
Qeyd edək ki, silahlı hücum zamanı ağır yaralanan prezidentin xanımı Martin Moiz Mayamidə müalicə alır.