Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1286 yoluxma halı qeydə alınıb, 13 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 387 481, ölənlərin sayı isə 5 551 nəfərə çatıb.

Virusa yoluxanlardan 365 019 nəfərin sağaldığı bildirilir.