Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrlərinin birinci üçtərəfli görüşünün yekun sənədi olaraq “Bakı bəyannaməsi” imzalanıb.
Unikal.org xəbər verir ki, sənədi hər üç ölkənin parlament sədrləri Sahibə Qafarova, Mustafa Şəntop və Əsəd Qeysər imzalayıb.
Sonda ailə fotosu çəkdirilib.
*** 15:22
Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri Sahibə Qafarova, Mustafa Şentop və Əsəd Qeysərinin üçtərəfli görüşü keçirilir.
Unikal.org xəbər verir ki, toplantıda üç ölkənin qanunverici orqanları arasında əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunur.
Görüşün yekun sənədi olaraq “Bakı bəyannaməsi” imzalanması nəzərdə tutulub. Bundan başqa, iyulun 28-də Türkiyə Böyük Millət Məclisi sədrinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla da görüşü planlaşdırılıb.
M.Şentop Füzuli və Şuşa şəhərlərinə səfər edəcək.