Fələstinin "Xadamat Xan Yunis" qapıçısı Səlim Əl-Əşqar İsrail əsgərlərinin açdığı atəş nəticəsində həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə Fələstin Futbol Federasiyası məlumat yayıb.
Çili futbol liqasında çıxış edən "Club Deportivo Palestino" da 32 yaşlı qapıçının ölümü ilə bağlı açıqlama yayıb.
"32 yaşlı fələstinli qapıçı Əl-Əşqarın faciəli ölümünə dərin hüznlə yas tuturuq. O, İsrail ordusu tərəfindən öldürülüb. Bu cür hadisələrin davam etməsindən çox kədərlənirik. Ədalət və sülh tələb edirik",- deyə klubun bəyanatında deyilir.
Həmçinin məlum olub ki, cəmi beş ay əvvəl evlənən Əl-Əşqar tezliklə ilk övladını gözləyirmiş.
Qeyd edək ki, Fələstin rəsmi xəbər agentliyi (WAFA) tərəfindən paylaşılan son məlumatlar bölgədəki idmançıların üzləşdiyi acınacaqlı vəziyyəti ortaya qoyur.
Rəsmi məlumatlara görə, 2023-cü ilin oktyabr ayından bəri hücumlarda həlak olan Fələstin idman icması üzvlərinin sayı 1009-a çatıb. Ölənlərdən təxminən 567-si futbolçu olub. İdman dünyası bu əhəmiyyətli itkilərlə bağlı beynəlxalq qurumlardan konkret tədbirlər gözləyir.
Gülayə Mecid










.jpg)

















.jpg)




















.jpg)




