Futbol üzrə dünya çempionatında ABŞ millisi Bosniya və Herseqovina ilə qarşılaşıb.

"Unikal" xəbər verir ki, San-Fransisko stadionunda keçirilən 1/16 final mərhələsinin matçında ev sahibləri 2:0 hesabı ilə qələbə qazanıblar.

Oyunda 45-ci dəqiqədə Folarin Baloqan, 82-ci dəqiqədə isə Malik Tillman fərqləniblər.

ABŞ seçməsi 1/8 finalda Belçika ilə üz-üzə gələcək.