İyulun 27-də Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrlərinin imzaladığı Bakı Bəyannaməsi açıqlanıb.

Unikal.org-un məlumatına görə, Bəyannamədə bildirilir:

“Parlament sədrləri

- Azərbaycan Pakistan və Türkiyə arasında qardaşlıq, tarix və mədəni əlaqələr, qarşılıqlı hörmət və əməkdaşlığı gücləndirməyin lazımlılığını qəbul edərək;
- Dövlətlərimiz və millətlərimiz arasında mövcud olan əlaqələrin daha da dərinləşdirilməsi üçün üç ölkə arasındakı parlamentar dialoqu və əməkdaşlığın gücləndirilməsinin vacibliyini qəbul edərək;
- Azərbaycan, Pakistan və Türkiyənin bölgələrindəki sülhü, sabitliyi və inkişafı inşa etmək və inkişaf etdirməkdə oynadıqları önəmli rolları və faydalarını vurğulayaraq;
- Öz bölgələrində sabitlik, təhlükəsizlik və rifahı təmin etmək üçün, Azərbaycan, Pakistan və Türkiyə arasında daha əhatəli iş birliyinin strateji önəmini qeyd edərək;
- Xarici dəstəkli terror təhdidi daxil, ancaq bunlarla məhdudlaşmamaqla, kiber hücumlar, hibrid savaş formaları, hədəfli dezinformasiya kampaniyaları və bir çox ölkədə müsəlman toplumların barış içində bir arada yaşamasına təmin edən, artan islamafobiya tendensiyası kimi ölkələrin qarşı-qarşıya olduğu saysız çətinlik və ortaya çıxan təhdidlərin fərqində olaraq;
- Beynəlxalq hüququn prinsip və normalarına, ayrıca ölkələrimizin tərəf olduğu beynəlxalq anlaşmalar və digər beynəlxalq sənədlərdəki öhdəliklərimizə olan bağlılığımızı əməkdaşlığın möhkəmləndirilməsi üçün yenidən vurğulayaraq;
- COVID-19 pandemiyasının iqtisadi inkişafla bağlı dünya miqyasındakı təsirlərinin fərqində olaraq;
- Ermənistanın 30 ilə yaxın sürməkdə olan işğalının ardından ərazi bütövlüyünü yenidən təmin edən Azərbaycan hökumətini və xalqını təbrik edərək;
- Azərbaycan-Pakistan-Türkiyə üçlü Parlament Sədrlərinin Birinci Görüşünə ev sahibliyindən ötrü Azərbaycan Milli Məclisinə təşəkkürlərini çatdıraraq ;


- Azərbaycan, Pakistan və Türkiyənin qardaş xalqlarını daha da yaxınlaşdırmaq üçün həm ikili, həm də çoxtərəfli səviyyələrdə parlamentlərararası dialoq və əməkdaşlığı inkişaf etdirməyə öynəlik qərarlılıqlarını bəyan etdilər;
- Mövcud əlaqələri gücləndirmək və daimi komitələrin, dostluq qruplarının və parlamentlərin işçi heyətlərinin əlaqələrini təşviq etmək məsələsində qərarlılıqlarını təyin etdilər;
- Beynəlxalq problemlərin həllində və dünyada barış və təhlükəsizliyin möhkəmləndirilməsində ikitərəfli və çoxtərəfli parlamentlər əlaqələrinin rolunu vurğuladılar:
- Konstruktiv bir dialoq və əməkdaşlıq üçün uğurlu bir platforma təqdim etmək səylərində beynəlxalq təşkilatları, xüsusən də parlament assambleyalarında dəstəklədiklərini ifadə etdilər:
- qadın parlamentarilərin qərar qəbul etmə prosesindəki rol və məsuliyyətlərinin artırılmasına yönəlik səyləri və atılan addımları dəstəklədiklərini bildirdilər;
- Qarşılıqlı mənfəətlərin olduğu bölgə və qlobal məsələlərdə yaxın çalışmağa hazır olduqlarını və beynəlxalq qarşılıqlı mənfəətlərin ön plana çıxdığı regional və qlobal məsələlərdə yaxından fəaliyyət göstərməyə hazır olduqlarını və beynəlxalq parlament strukturlarında üç qardaq ölkə olaraq ortaq bir mövqe sərgiləməyə çalışacaqlarını ifadə etdilər
- Bölgə və beynəlxalq parlament platformalarında islamafobiya, ayrı-seçkilik və müsəlman azlıqlara yönəlik təzyiqlərə qarşı mübarizə məsələsində ortaq səyləri koordinasiya etməyi qərara aldılar:
- Nəqliyyat, ticarət, enerji, xalqlar arasında təmas, təhsil, sosial və mədəniyyət, turizm, elm və rabitə texnologiyalarında regional müstəvidə daha yaxın əməkdaşlıq inşa etmək səylərində hökumətlərə ətraflı dəstək vermək məsələsində konsensusa gəldilər;
- COVID-19 pandemyiasının geniş miyqaslı təsirləri ilə bağlı müzakirə apardılar, informasiya və ən yaxşı təcrübələri dəstəkləməkdə razılığa gəldilər və bu problemlə əhatəli mübarizə aparmaq üçün beynəlxalq əməkdaşlığın və həmrəyliyin gücləndirilməsinə çağırış etdilər;
- Müstəqillik, suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığı üçün güclü dəstəklərini və qarşılıqlı hörmətlərini yenidən təsdiq etdilər;
- Ermənistanın Azərbaycana mina xəritələrini verməyi rədd etməsini qınayaraq, azad edilmiş torpaqların yenidən inşası və məcburi köçkünlərin evlərinə qaytarılması səylərində Azərbaycan ilə tam həmrəylik içində olduqlarını vurğuladılar”.