"Karadeniz" musiqisinin məşhur adlarından biri olan "Cimilli İbo" xəstəxanaya yerləşdirilib.
Unikal.org xəbər verir ki, 33 yaşlı ifaçının ötən gün qəflətən vəziyyəti pisləşib. Reanimasiya şöbəsinə yerləşdirilən müğənninin vəziyyəti kritikdir.
Bildirək ki, keçən il koronavirusa yoluxan İbrahim Özer böyrək çatışmazlığı səbəbiylə bir müddət xəstəxanada müalicə alıb.