Milli Məclisin İntizam komissiyası deputat Eldəniz Səlimovun məsələsini müzakirə edəcək.

Unikal.org xəbər verirki, bu barədə Milli Məclisin İntizam komissiyası sədrinin müavini Fəzail Ağamalı məlumat verib.

Onun sözlərinə görə, deputat Eldəniz Səlimov tərəfindən qanun pozuntusuna yol verildiyinə görə məsələ İntizam komissiyasının gündəliyinə salınacaq və müzakirə olunacaq.