Azərbaycanda həbs-qətimkan tədbiri böyük məbləğdə pul girovu ilə əvəzlənəcək
12:15 12-02-2013
SİYASƏT
Gələcəkdə yeni qaydalar tətbiq olunmaqla tamamilə ləğv olunması da mümkündür
Azərbaycanda məhkəmə hökmünə qədər şübhəli şəxslər üzərində qəti imkan tədbirləri sırasında həbs qəti imkan tədbirinin maksimum məhdudlaşdırılaraq, bunun əksər hallarda böyük məbləğdə pul girovu ilə əvəz olunması müzakirəyə çıxarıla bilər.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinə və Cinayət Prosessual Məcəlləsinə əlavə və dəyişikliklər gözlənilir. Dəyişikliklər hazırlanarkən ABŞ və bir sıra Avropa ölkələrinin təcrübəsindən istifadə olunub. Layihə qüvvəyə mindiyi təqdirdə əksər cinayət hadisələrində şübhəli bilinən şəxsin dilindən iltizam alındıqdan sonra böyük miqdar pul və yaxud həmin pulun dəyərində əmlak girov götürüləcək, həmin şəxsin məhkəməyə qədər istintaqı ənənəvi qaydada davam edəcək və yalnız məhkəmənin hökmündən sonra cəza alan şəxs həbsxanaya göndəriləcək.
Məqsəd bu sahədə effektivliyi artırmaq və məhkəmənin hökmünə qədər olan prosesdə son vaxtlar yaranan problemlərə daha da şəffaflıq gətirməkdir. Gələcəkdə müvafiq yeni qaydalar tətbiq olunmaqla həbs qəti imkan tədbirinin tamamilə ləğv olunması da gözlənilir. Layihə müzakirəyə çıxarılan zaman girovun məbləği və digər məsələlər tam dəqiqləşəcək. Sənədin bu il parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılması gözlənilir.
Qeyd edək ki, hazırkı qanunvericiliyə əsasən məhkəmə hökmünə qədər qəti imkan tədbirləri sırasına “başqa yerə getməmək haqqında iltizam”, “zaminliyə vermək”, “ev dustaqlığı” və “həbs qəti imkan” tədbirləri daxildir.
Digər Xəbərlər
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53
2024-12-23 19:20:00
2024-12-23 17:04:32
2024-12-23 16:48:00
2024-12-23 16:35:46
2024-12-23 15:20:16
2024-12-23 14:02:12
2024-12-23 13:46:00
2024-12-23 11:05:03
2024-12-23 10:35:27
2024-12-23 09:02:41
2024-12-21 10:20:29
2024-12-20 22:41:09
2024-12-20 20:40:40