ATƏT 2013-cü ildə Minsk prosesinin maliyyələşməsinə 927 min avro ayırıb
13:29 12-02-2013
İQTİSADİYYAT
ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin ofisinin fəaliyyətinə 1,167 milyon avro sərf olunacaq
ATƏT 2013-cü il büdcəsini təsdiq edib. ATƏT Daimi Şurasının iclasında qəbul olunan qərara əsasən, qurumun illik büdcəsi 144 milyon 822 min 600 avro həcmində müəyyənləşib. ATƏT-in Cənubi Qafqazdakı ofislərinin fəaliyyətinə 7,9 milyon avro ayrılacaq ki, bunun da 2,820 milyonu ATƏT-in Bakı Ofisinin payına düşür. Büdcəyə əsasən, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin ofisinin fəaliyyətinə 1,167 milyon avro ayrılıb.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Minsk prosesinə isə bu il 927 min 500 avro sərf olunacaq.
ATƏT Daimi Şurasının iclasında quruma üzv ölkələrin 2013-2015-ci illərdə ödəyəcəyi üzvlük haqlarının miqdarı da müəyyənləşib. Büdcə vəsaiti ən çox ABŞ (11,5 faiz + səhra əməliyyatları üçün 14 faiz), Fransa (9,3 faiz + səhra əməliyyatları üçün 11 faiz) və İtaliyanın (9,3 faiz + 11 faiz) ayırdığı vəsait hesabına formalaşacaq.
Azərbaycan 2013-2-15-ci illərdə ATƏT-in büdcəsinə ümumi büdcənin 0,05 faizi və səhra əməliyyatları üçün ayrılmış büdcənin 0,02 faizi həcmində vəsait ödəyəcək.
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00