Lənkəran Şəhər İcra Hakimiyyətində (ŞİH) yeni təyinat olub.
Unikal.org-un əldə etdiyi məlumata görə, ŞİH-nin başçısı Taleh Qaraşovun əmri ilə, Mikayıl Cəfərzadə başçının müavini – sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, o, bu təyinatadək Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışıb.
Murad İbrahimli