Abid Şərifovun şübhəli susqunluğu
13:52 12-02-2013
İQTİSADİYYAT
Baş nazir müavini niyə geri çəkilib?
Baş nazirin müavini Abid Şərifov mətbuatda çox görünməməyə qərar verib. Elə bu səbəbdən də bir müddət əvvələdək vitse-premyerlər arasında ən aktivi sayılan Şərifov istər jurnalistlərdən uzaq durmağa, istərsə də tədbirlərdə özünü unutdurmağa çalışır. Bu barədə «Unikal»a məlumatlı mənbə bildirib.
Qeyd edək ki, bizim müşahidələrimiz də bu bilgini dolayı yolla təsdiqləyir. Belə ki, baş nazirin müavini Abid Şərifov bəzi fövqəladə hadisələrdə olay yerində jurnalistlərlə görüşsə də, artıq onu belə hadisələr zamanı görmək də çətinləşib. Məsələn, Zaqatala rayonundakı zəlzələdən zərər çəkənlərlə bağlı problemlər haqqında ümumiyyətlə danışmayan, həmin rayonda zəlzələ qurbanları üçün evlərin açılışına qatılmayan baş nazir müavini sonuncu dəfə villasının yanması xəbəri ilə gündəmə gəlib. Belə ki, 2012-ci il dekabrın 27-də Tiflis prospekti ilə İnqilab küçəsinin kəsişməsində Heydər Əliyev adına İdman Konsert Kompleksinin arxa hissəsində yerləşən villalardan birində yanğın baş verib. Adıçəkilən villanın A.Şərifova məxsus olduğu iddia edilirdi. Şərifov nə bu iddianı yalanlayıb, nə də ondan sonra vitse-premyeri hansısa tədbirdə görmək mümkün olub.
«Unikal»ın araşdırmaları zamanı isə ortaya çıxıb ki, vitse-premyerin jurnalistlərə sonuncu birbaşa açıqlaması isə 2012-ci il oktyabrın 8-də Bakıda “Xruşşovka”ların sökülməsi məsələsi ilə bağlı olub.
Halbuki daha əvvəllər baş nazir müavini hökumət rəhbərliyində təmsil olunanlar arasında mətbuatla təmaslarına görə digər vitse-premyerlərdən fəallığı ilə seçilirdi.
Mənbəmiz Şərifovun qəfil başlayan susqunluğunun, özünü unutdurmağa çalışmasının konkret səbəblərini izah etməkdə çətinlik çəkir. Bununla belə, baş nazir müavininin xüsusilə özü və biznesi haqqında yazıları, tənqidləri arxa plana keçirmək üçün adını unutdurmağa çalışdığı istisna edilmir. Digər bir versiyaya görə, iqtidariçi münasibətlərdə siyasi həssaslığın dozasının yüksəlməsi baş nazir müavinini passivliyə sürükləyir, çünki bir qayda olaraq, özəlliklə də seçki ilində mətbuatla aktiv münasibətlər, adının ön plana çıxması bəzən fərqli istiqamətlərdə yozulur və xoşagəlməz nəticələrə gətirib çıxara bilir.
Versiyalar arasında ən diqqətçəkəni isə payızda keçiriləcək prezident seçkilərindən sonra formalaşacaq yeni hökumətdə Abid Şərifovun indiki vəzifəsinə təkrar təyinat almayacağının qətiləşməsi yönündə iddialardır. Bildirilir ki, artıq 73 yaşı olan Şərifov digər vitse-premyerlərdən Elçin Əfəndiyevlə birlikdə yenidən baş nazir müavini ola bilməyəcək. Onun bundan narazı olduğu, daha bir neçə il vitse-premyer postunda oturmaq istədiyi, amma qərarın dəyişməyəcəyi bildirilir.
Görünür, bu da Abid Şərifovda ya inciklik yaradıb, ya da xəyal qırıqlığı. Ona görə də bir kənara çəkilib və bu postdakı son aylarını saymaqla məşğuldur. (“Unikal” qəzeti)
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40