İsraildən gələn yanğınsöndürmə təyyarələri və yanğınsöndürmə qrupu geri qayıdıb. 

Unikal.org xəbər verir ki, onlar Türkiyədəki missiyalarını uğurla başa vurub.

Bu barədə İsrailin Türkiyədəki səfirliyi "Twitter" hesabında açıqlama verib.

"Türk xalqı ilə İsrail xalqı arasındakı ənənəvi dostluq və həmrəyliyə verdiyi töhfəyə görə onlara ürəkdən təşəkkür edirik", - deyə səfirlik bildirib.

Ağarza Elçinoğlu