Ağcabədidə kanalda batan gəncin meyiti tapıldı. 

"Unikal"ın  məlumatına görə, Yuxarı Qarabağ kanalının rayon ərazisində çimərkən batan 2007-ci il təvəllüdlü  Anar Rəşad oğlu Əmirovun meyiti FHN-nin Aran Dalğıc Axtarış qrupu tərəfindən kanalın Avşar kəndi yaxınlığından keçən hissəsində tapılaraq sahilə çıxarılıb və aidiyyati üzrə təhvil verilib.

Ehtiram Muradov