Ağdaşda avtomobil aşıb, yaralanan var

"Unikal"ın məlumatına görə  hadisə Şirvan kanalının rayon hissəsindən keçən hissəsinin yaxınlığında baş verib. İdarəetmədən çıxan maşının aşması nəticəsində müxtəlif bədən xəsarətləri alan 1997-ci il təvəllüdlü Əhmədov İbrahim Ağaxəlil oğlu xəstəxanaya aparılıb.Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov