Avqust ayının 11-də Pakistanın şərqində yerləşən Pəncab şəhərində traktorla mikroavtobusun toqquşması nəticəsində 5 nəfər ölüb.

Unikal.org xəbər verir ki, Fövqəladə Xilasetmə Xidmətinin rəsmisi Bəşir Əhməd, əyalətin Faisalabad rayonundakı Jhang Road dolama sahəsinin yaxınlığında, həddindən artıq sürətlə hərəkət edən traktorun minik vasitəsinə çırpılması nəticəsində 5 nəfərin öldüyünü və bir neçə nəfərin də yaralandığını bildirib. 

Qeyd olunub ki, ü-ç nəfər hadisə yerində həyatını itirib, digər iki nəfər isə xəstəxanaya aparılarkən yarı yolda ölüb. 

Hadisə nəticəsində yoldan keçən çox sayda xırdabuynuzlu tələf olub.  

Qəzadan sonra hadisə yerinə gələn polis və xilasetmə qrupları zərərçəkənləri yaxınlıqdakı xəstəxanaya aparıblar. 

Ağarza Elçinoğlu