Kastamonuda davam edən yağışlar Bozkurt bölgəsində həyatı iflic edib.

Unikal.org xəbər verir ki, ani daşqınların yaşandığı bölgədə Ezine adlı çay daşıb. Daşqın zamanı sular küçədə onlarla avtomobil və digər vasitələri metrlərlə sürüyüb. 

Bildirilib ki, dünən gecədən etibarən şəhərdə yağan fasiləsiz yağışlar vətəndaşların bölgədən  evakuasiyasına səbəb olub. 

Elektrik xətlərinin kəsişdiyi bölgələrdə torpaq sürüşmələri baş verib. Nəqliyyatın hərəkətində ciddi problemlər yaşanıb. 

Ağarza Elçinoğlu