Şəki şəhər qarışıq tipli uşaq evində uşaqların döşəmədə yatızdırılması, rejimlərin düzgün qurulmaması kimi məlumatlar  yayılıb. 

Unikal.org xəbər verir ki, bu barədə sosial şəbəkədə fotolar paylaşılıb. Bildirilir ki, Uşaq evinin rəhbərliyi azyaşlılara biganə yanaşır. Hətta oğlanlar və  qızlar bir yatızdırılır. Uşaqların qidalanması belə heç də ürəkaçan vəziyyətdə  deyil.  

Məsələ ilə bağlı Şəki şəhər qarışıq tipli uşaq evinin  direktoru İlhamə Məmmədova Unikal.org-a açıqlamasında bildirib ki, həmin fotolar  hüquq-mühafizə orqanları  tərəfindən araşdırılır. Araşdırmanın nəticəsi məlum olandan sonra ictimaiyyətə  əlavə  məlumat veriləcək.  

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Unikal.org-a bildirib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır.

Gülayə  Mecid