Türkiyənin məşhur "Çocuklar duymasın" serialının simalarından biri "Əminə" yeni görünüşü hər kəsi təəccübləndirib.
Unikal.org xəbər verir ki, ekran işində Çaycı Hüseyinin xanımı obrazı ilə tanınan aktrisa Melek Şahin küçədə onu insanların tanımadığını deyib.
"Məni tanımırlar. Bundan narahat olmuram. İnsanlar yaxınlaşıb "sizi haradansa tanıyırıq" deyirlər. Məni serialdakı kimi ağıllarında saxlayıblar" deyə, Melek söyləyib.
Şahin serialın 18 ildən sonra final etməsindən söz açıb. O, "Az vaxt deyildi. Bu ərəfədə "Çocuklar duymasın" fərqli kanallarda yayımlandı. Fərqli həyəcan yaşadıq, bitəndə də üzüldük. Bəzilərimiz fəaliyyətini teatr sahəsində davam etdirdi, bəzilərimiz seriallarda yer aldıq. Əlaqəmiz heç kəsilmədi, arada görüşürük. Hərdən başqa ekran işlərində rol aldım, amma uzun çəkmədi. Bir obrazı uzun müddət oynayanda üzərinə yapışır. Rejissorlar da sənə başqa rol verməyə risk etmir. Bundan mən də əziyyət çəkdim" sözlərini əlavə edib.