Daha əvvəl 6 dəfə ailə həyatı quran məşhur müğənni Seda Sayan yeni evlilik açıqlamaları ilə gündəmə gəlib. 

Unikal.org xəbər verir ki, yeni "Gel günaha girelim" mahnısı ilə musiqi dünyasına qayıdan Seda Sayan, şəxsi həyatı ilə bağlı etirafları ilə diqqət çəkib.  Belə ki, o,  7-ci evliliyi səbirsizliklə gözlədiyini bildirib.

"Mənim sağımla solum eyni deyil. Doğru insan - kişi kimi bir kişi qarşıma çıxarsa niyə də olmasın?", -deyə  jurnalistlərə  açıqlama verən müğənni yeni evliliyə  hazır  olduğunu  açıqlayıb. 

 Gülayə  Mecid