Uzun müddətdir xərçəngdən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyevanın səhhətində yenidən problem yaranıb.
Unikal.org xəbər verir ki, aktrisanın bədənində yenidən şiş aşkarlanıb. Bu haqda aktrisa sosial şəbəkə hesabında yazaraq məlumat verib:
"Bir ay əvvəl kürəyimdə ağrılar yarandı, həkimə getdim. Şiş aşkarlandı. Bu dəfə sümükdə törəmə oldu. Şüa götürdüm ki, bəlkə balacalaşa, amma yetmədi. Əksinə şiş yayıldı, ağciyərimə keçib. Kimyaterapiyaya başlamışıq. İkinci olub, ümid edirəm ki, bunu da atladacam", - bildirib.
Qeyd edək ki, aktrisa mədəkiçiltmə əməliyyatı etdikdən sonra səhhətində problem yaranmış və bir neçə ildir ki, xərçəngdən əziyyət çəkir. Şiş əvvəl aktrisanın uşaqlıq yolunda idi. Sonra şiş sənətçinin böyrək damarlarına və ağciyərinə yayılmışdı.