Müğənni və maqazin şərhçisi Seren Serengil, "Beyaz TV"də yayımlanan "Söylemezsem" proqramında diqqət çəkən bir iddia irəli sürüb.
Unikal.org xəbər verir ki, Serengil, məşhur müğənni Kenan Doğulunun koronavirus testinin nəticəsi müsbət çıxdığı halda konsert verdiyini bildirib.
Aparıcı, Kenan Doğulunun yüzlərlə izləyicisini, pərəstişkarını, komanda və iş yoldaşlarını böyük riskə atdığını bildirib. Seren müğənninin insanların sağlamlığı üçün konserti ləğv edə yaxud təxirə sala biləcəyini də şərh edib.
Kenan Doğulunun iddialarla bağlı heç bir açıqlama gəlməyib.
Gülayə Mecid