"Mevlana" serialı ilə ekranlara dönməyə hazırlaşan Kaan Yıldırım İstanbulun Etiler səmtində obyektivlərə tuş gəlib.
Unikal.org xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran aktyor müğənni Hadisə ilə ayrıldıqdan sonra ilk dəfə danışıb.
Yeni serialından danışan Kaan "Çox maraqlı layihədir. Bir generalı canlandırıram. Buna görə də yaxşı çalışıram. Obrazıma görə at çapmaq, qılınc oynatmaq dərsləri aldım" sözlərini söyləyib.
Hadisə ilə bağlı suallara isə "Qarşı tərəfin bir münasibəti var. Bu haqda danışmağım yaxşı deyil. Ayıbdır... Buna görə də anlayış göstərəcyinizə inanıram" cavabını verib.
Qeyd edək ki, evlənməyə hazırlaşan cütlük bir neçə ay əvvəl ayrılıb. Hadisə hazırda iş adamı Mehmet Dinçerlerlə eşq yaşayır.