Türkiyəli məşhur model Dəniz Akkaya həbs olunub.
Unikal.org haberler.com-a istinadən xəbər verir ki, bu haqda onun vəkili sosial şəbəkədə məlumat yayıb.
Model məhkəmənin təyin etdiyi cəzanın şərtlərinə əməl etmədiyi üçün 3 gün müddətində azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Selin Ciğerci özünün və həyat yoldaşı Gökhan Çırayının model tərəfindən təhqir edildiyini iddia edərək məhkəməyə müraciət etmişdi. Məhkəmə modelə qarşı 3 aylıq tədbir qərarı çıxarmışdı.