20 ildir küsülü  olan və  bir araya gəlməmək üçün mediadan həmişə uzaq gəzən Alişanla Mahsun Qırmızıgül barışıb. 

Unikal.org haberler.com-a  istinadən xəbər verir ki,  uzun müddət əvvəl dostluqlarını  bitirən məşhurlar sosial media hesabı vasitəsilə aralarındakı buzları  əridiblər.  Belə ki,  Alişanın koronavirusdan ölən qardaşına rəhmət  diləyən Mahsun barışıq yolunda ilk addımını  atıb.

Daha sonra Qırmızıgülün koronavirus olduğunu öyrənən Alişan "Keçmiş olsun, qardaş"  başlıqlı şərh yazıb.  İki məşhur simanın 20 ildən sonra barışma xəbəri Türkiyə  mətbuatında gündəmə  səbəb  olub. 

Gülayə  Mecid