Müğənni İdo Tatlısəs uzun zamandır taxdığı və demək olar ki, çıxartmadığı qol saatı ilə gündəmə gəlib.
Unikal.org xəbər verir ki, bunula bağlı jurnalistlərin suallarını cavablandıran İdo bunun səbəbini açıqlayıb. Belə ki, məşhur saat Türkiyə Respublikasının 9-cu prezidenti Süleyman Dəmirəl tərəfindən İbrahim Tatlısəsə verilən bir hədiyyədir.
1993-cü ildə prezident tərəfindən İbrahimə təqdim olunarkən, "Gələcəkdə bir oğlun olarsa, ona taxarasan" sözlərini deyib. Müğənni illər əvvəl verilən sözünü tutub. Süleyman Dəmirəlin də fotosu olan saatı İdoya verib.
Gündəm mövzusuna çevrilən saatı "Instagram" hesabında paylaşan İdo, "Varmı sənin bənzərin?" başlıqlı şərh yazıb.
Gülayə Mecid