Türkiyəli məşhur aktrisa Burcu Biricik illər əvvəlki görünüşü ilə gündəmə gəlib.
Unikal.org xəbər verir ki, estetik və plastik əməliyyat keçirmədiyini deyən Burcu Biriciyin 2011-ci ilə aid fotoşəkilləri sosial mediada səs-küy yaradıb. Belə ki, "Muhteşem Yüzyıl" serialındakı görünüşü ilə indiki görünüşü arasında dəyişikliklər olduğu bildirilib.
Təbii gözəlliyi və səmimiliyi ilə qəlbləri fəth edən Burcu Biricik bu dəyişimini izləyicilərindən gizlətməyib. O, üzündə bir sıra masajlar və xırda toxunuşlar etdiyini dilə gətirib.
Gülayə Mecid