Rusiyanın Xalq artisti Yekaterina Vasilyeva rahibə olmaq qərarına gəlib.

Unikal.org  xarici KİV-ə  istinadən xəbər verir ki, aktrisa uzun müddətdir monastıra gedib və həyatını dinə həsr edib. Ötən gün isə o, rəsmi olaraq rahibə olub.

Bu haqda aktrisa Mariya Şukşina məlumat yayıb. O, həmkarını arzusuna çatması münasibətilə təbrik edib. Mariya bildirib ki, Yekaterina artıq kilsədə yeni həyata başlayıb.

Qeyd edək ki, Yekaterina aralarında "Обыкновенное чудо", "Экипаж", "Чародеи" kimi filmlərin də yer aldığı 200-dən çox ekran işinə çəkilib.