Əməkdar artist Əkbər Əlizadə həyat yoldaşı Səbinə ilə tanışlığından danışıb.
Unikal.org xəbər verir ki, “Zaurla Günaydın” verilişinə qonaq olan aktyor xanımı ilə ilk dəfə Azərbaycan Dövlət Akademik Musiqili teatrında qarşılaşdığını bildirib:
“Səbinə Musiqili teatra təcrübəyə gəlirdi. Mən də gördüm teatrımıza yeni qız gəlib. Ona bircə dəfə baxdım və dedim ki, mənim gələcək həyat yoldaşım belə qız olmalıdır. Çox yaxşı olardı ki, ikimizin də ulduzları barışsın.
Onu gördükdən bir müddət sonra yaxınlaşıb fikrimin ciddi olduğunu, ailə həyatı qurmaq istədiyimi bildirdim. Bir dəfə elə alındı ki, ikimiz də eyni avtobusa mindik və təsadüfən yan-yana oturduq. Özümü itirdim. Bilmədim, söhbətə necə başlayım. Soruşdum ki, “Bu, neçə nömrəli avtobusdur”. Beləcə onunla ünsiyyətimiz başladı”.
Qeyd edək ki, Əkbərlə Səbinə 2004-cü ildə ailə həyatı qurub. Cütlüyün iki qız, bir oğul övladı var.