Bir neçə gün əvvəl dünyasını dəyişən 76 yaşlı aktyor Metin Çekmez Kuşadasında dəfn edilib.
Unikal.org xəbər verir ki, mərhumun qızı Aslı Çekmez atasının vəsiyyətini gerçəkləşdirdiyini açıqlayıb.
Sənətçi ilə vida mərasiminə ailə üzvləri, yaxınları və az sayda sənət dostu qatılıb.
Aslı "Atam xərçənglə mübarizə aparırdı. Yemək yeyə bilmədiyi üçün çox arıqlamışdı. Uzun müddət müalicədən imtina etdi. Amma sonradan onu yola gətirdik. Davutlar səmtini çox sevirdi. Deyirdi məni harda ölsəm, orada dəfn edin" deyə, mediaya açıqlama verib.