Türkiyəli müğənni Haluk Levent Türkiyəni tərk edəcəyini açıqlayıb.
Unikal.org xəbər verir ki, sənətçi xaricdə yaşayacağını bildirib:
"Gələn il oktyabrın 26-da işlərimi başqa dostlara həvalə edib, xaricə köçəcəyəm. "Ahbap" dərnəyində üzvlüyüm davam edəcək. Orada da 6 ilimi tamamlamış olacağam. Artıq musiqi ilə məşğul olmaq və özümə vaxt ayırmaq istəyirəm. Yəni, il yarım da dözəcəksiniz mənə".
Qeyd edək ki, H.Levent "Ahbap" dərnəyinin sahibidir.