Müğənni Murad Dalkılıç keçmiş sevgilisi Hande Erçelin tərəf müqabili Sitarə Akbaşla eşq yaşayır.
Unikal.org haberler.com-a istinadən xəbər verir ki, uzun müddətdir Muradla Sitarə arasındakı yeni münasibətlə bağlı səssizliyini qoruyan Hande gözlənilən addımı atıb. O, keçmiş sevgilisi ilə eşq yaşayan Sitarəni izləmədən çıxarıb.
Onun ardından eyni addımı atan Sitarə də aralarındakı dostluq bağının qopduğunu bəyan etmiş olub.