Xalq yazıçısı Çingiz Abdullayevin koronavirusa yoluxduğu və xəstəxanada müalicə alındığı xəbərləri yayılıb.
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Çingiz Abdullayev yayılan xəbərlərin əsassız olduğunu bildirib.
"Koronavirusa yoluxmamışam. Test nəticəm neqativ çıxıb. Səhhətimdə heç bir problem yoxdur, özümü yaxşı hiss edirəm. Yayılan xəbərlər isə əsassızdır".
Gülayə Mecid