Həftədə beş dəfə idman etdiyinə görə peyvənd olunmaqdan imtina edən gənc musiqiçi koronavirusdan ölüb.
Unikal.org xəbər verir ki, ingiltərəli gənc musiqiçi Markus Birks ötən gün temperaturunun yüksək olması səbəbi ilə xəstəxanaya yerləşdirilib. Belə ki, vəziyyəti ağır olan Markusu xilas etmək mümkün olmayıb.
Həkimlər gəncin ölümünə səbəb kimi peyvənd vurdurmamasını göstərib. Ona dəfələrlə vaksin vurulmasının vacib olduğu deyilsə də, Markus bundan imtina edib. Hətta o, "Sağlam bir pəhriz və həftənin beş günü idman etdiyi üçün heç vaxt xəstələnməyəcəyəm", - deyə bildirərək, peyvənddən imtina edib.
Gülayə Mecid