Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Sərdar Ortaç koronavirusa yoluxub.
Unikal.org xəbər verir ki, hazırda evində müalicə olunan sənətçi hər iki doz peyvəndi qəbul etdiyini açıqlayıb. O, vaksin vurdurduğu üçün xəstəliyinin ağırlaşmadığını bildirib:
"Peyvənd olunmasaydım daha da pis olardım. Ciyərlərimə qədər yayılmışdı. Danışarkən xırıldayırdım, nəfəs almaq da çətindir. Koronavirusa yoluxanlar bilir. Diqqətli olmaq lazımdır".