Türkiyəli məşhur aktyor Özcan Dəniz özündən 25 yaş kiçik olan Samar Dadgarla eşq yaşayır.
Unikal.org xəbər verir ki, aktyor geyim üzrə mütəxəssis olan sevgilisini yanında işə götürüb. Belə ki, yeni layihələr üzrə işləyən Özcan Samarla daha yaxın olmaq üçün bu yola əl atıb.
49 yaşlı müğənni eşq yaşadığını inkar etməsə də, sevgilsini daim mediadan uzaq tutur. Qeyd edək ki, Özcan Dəniz Feyza Aktan adlı qadınla evli olub. Ötən aylarda boşanan cütlüyün bir övladları var.