Mağazalardan aldığımız “zəhərlər”
14:24 13-02-2013
İQTİSADİYYAT
Eyyub Hüseynov: “Saxta ərzaq məhsulu aşkarlanan ticarət obyektinin sahibkarı müəyyən müddətə sahibkarlıq hüququndan məhrum edilsin”
Azərbaycan Azad İstehlakçılar Birliyindən bildirildiyinə görə, həm dövlət qurumları görülən tədbirlərə, həm də vətəndaş cəmiyyəti institutlarından aparılan müntəzəm monitorinqlərə baxmayaraq, ölkənin mağaza və bazarlarında qidalanmaq üçün yararsız ərzaqların satışı hələ də davam etdirilir. Belə ərzaqların əhaliyə sırınması nəticəsində ölkədə tez-tez qidadan zəhərlənmə faktları qeydə alınmaqdadır.
Birliyin sədri Eyyub Hüseynovun “Unikal”a bidirdiyinə görə, “Ötən ilə nisbətən bu il keyfiyyətiz qidadan zəhərlənənlərin sayı çoxalıb. Bu il paytaxtda mağaza və dükanlarda saxta ərzaq məhsullarının satışı artıb. Paytaxtda yanvar ayından bu günə qədər 2,5 ton saxta ərzaq məhsulları 10-a yaxın satış obyektlərindən yığışdırılıb. Bu da ötən ilə nisbətən təxminən 30 faiz artım deməkdir. Saxta məhsul səbəbindən zəhərlənənlərin də sayında müəyyən qədər artım müşahidə olunub. Yanvar ayında qida zəhərlənməsindən 50 nəfər xəstəxanalıq olmuşdusa, bu rəqəm ötən ilin müvafiq ayında 40 nəfər olub. Saxta ərzaq məhsullarının satışının qarşısını almaq üçün tətbiq olunan cərimələr heç bir nəticə verməyib. Çünki sahibkar hansısa saxta ərzaq məhsulundan 10 min manat qazanırsa, sonradan bunun üçün tətbiq olunan 2 min manat cəzanı rahatlıqla ödəyir”.Ekspertin sözlərinə görə, cərimələr nə qədər artırılsa belə, yenə heç bir xeyri olmayacaq. “Sahibkarlar da bundan çıxış yolu tapacaqlar. Saxta ərzaq məhsulları gizlin satılmasına başlanacaq. Həmin məhsullar orijinal məhsullardan qiymətinə görə fərqlənəcək ki, bu mallara təlabat daha çox olsun”.
Ekspert problemin tam aradan qaldırılması üçün cəza tətbiqinin bir az da sərtləşdirilməsini təklif edir: “Saxta ərzaq məhsulu aşkarlanan ticarət obyektinin sahibkarı müəyyən müddətə sahibkarlıq hüququndan məhrum edilə bilər. Onun, yaxud da, yaxın qohumları da sahibkarlıq hüququndan məhrum edilə bilər. Əgər bu hallar dəfələrlə təkrarlanarsa, o zaman, həmin şəxsə ömürlük sahibkarlıq fəaliyyəti qadağan edilə bilər”.
E.Hüseynov problemin tam aradan qaldırılması üçün digər çıxış yolunu ölkədə mükəmməl istehlakçı siyasətinin yaradılmasında görür: “Ekspertizaya gedən orqan, sertifikat verən orqandan, əhalinin sağlam qidalanmasına nəzarət edən orqan bir-birindən ayrılmalıdır. Bundan başqa, istehlakçıların hüquqlarını müdafiə edən qurum İqtisadi İnkişaf Nazirliyindən ayrılmalıdır. Ərzaq məhsullarının keyfiyyətini yoxlamaq üçün müstəqil laboratoriya olmalıdır”, - deyə Eyyub Hüseynov təklif edib. Ona görə də, saxta ərzaq məhsullarının satılmasına qarşı dövlət qurumları ilə yanaşı vətəndaşların özləri də mübarizə aparmalıdır. Redaksiyamızda olan məlumata görə, İqtisadi İnkişaf Nazirliyi intensiv olaraq bununla bağlı reydlər keçirir. Bu reydlər nəticəsində insanların həyat və sağlamlığı üçün təhlükəli olan 80 tondan artıq ərzaq malları dövriyyədən çıxarılıb. Qanun pozuntusuna yol verən 2030 təsərrüfat subyektinə inzibati cərimə kəsilib, 72 təsərrüfat subyektinə qarşı qanunamüvafiq tədbirlər görülüb.
Görülən bütün tədbirlərlə yanaşı istehlakçılar da buna qarşı diqqətli olmalıdırlar. Alıcı daxil olarkən ticarət zalının ümumi mənzərəsinə, obyektin sanitar vəziyyətinə, səliqə-səhmanına, malların saxlanma şəraiti və rejiminə, vitrinlərdə düzülüşünə, vizual görünüşünə diqqət yetirməlidir.
Nəzərə almaq lazımdır ki, inzibati üsullarla bütün satış obyektlərinə nəzarət etmək kifayət qədər mürəkkəb bir məsələdir. Bu səbəbdən də, alış-veriş edərkən diqqətli olmaq lazımdır. Dükanda şübhəli malları almaq olmaz. Ticarət obyektlərində satıcılar tərəfindən aldanıldıqda isə dərhal İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (0124981001, 012 4981504 və 012195-2) məlumat verməyiniz xahiş olunur.
Sonda ümid edirik ki, saxta məhsulları dükanlarda satan sahibkarlar layiqli cəzalanacaq. Bu cəza ağırlığına görə, elə səviyyədə olacaq ki, heç kim risk edib bir daha saxta məhsulu satışa çıxartmağa cürət etməsin.
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40