Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qəlyan xidməti göstərən obyekt aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Unikal.org-a verilən məlumata görə, Masallı şəhəri ərazisində yerləşən “Retro” çay evində karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilib.

Karantin qaydalarının pozulduğu həmin obyektin icarədarı və iki müştəri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə olunublar.