Azərbaycanın xalq artisti, Rusiyanın tanınmış müğənnisi və iş adamı Emin Ağalarov noyabr ayında Moskvada Türkiyə səfirliyinin yaxınlığında restoran açmaq qərarına gəlib. 

Unikal.org-un məlumatına görə, o restoran üçün 450 milyon rubl (təxm: 10 milyon AZN) sərmayə qoyub.

E.Ağalarov mövzu ilə bağlı belə açıqlama verib:

"Bu ilin noyabr ayında Moskvada ümumi sahəsi 1.6 min kvtmetr olan "Peach" restoranı və Divas karaoke klubu ilə bir layihə açacağıq. Yatırımlar 450 milyon rublu ötüb".