Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ev şəraitində müalicə alan koronavirus xəstəsinin yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Unikal.org-a verilən məlumata görə, Elşad Şıxqəmzəyevin idarə etdiyi “Kia” markalı avtomobillə şəhər ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb.

E.Şıxqəmzəyev yaşadığı ünvana geri qaytarılıb və hazırda onun barəsində Qəbələ Rayon Polis Şöbəsində araşdırma aparılır.