İranda ötən sutka ərzində 595 nəfər koronavirusdan (COVID-19) ölüb, 30 279 nəfər yoluxub.
Unikal.org xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 108 988 nəfərə, yoluxanların sayı isə 5 055 512 nəfərə çatıb. Virus daşıyıcılarından 7 831 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 4 269 508 nəfər koronavirusdan sağalıb, 29,1 milyondan çox diaqnoz testi həyata keçirilib.