Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin nümayəndələri ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şimal regionunda fəaliyyət göstərən qurumlarının əməkdaşlarının birgə təlimi keçirilib.

Unikal.org xəbər verir ki, yanğın təhlükəsizliyi qaydalarına həsr olunan təlimdə iştirakçılara hadisə baş verən anda düzgün koordinasiyanın qurulması, qüvvə və texnikaların vaxtında əraziyə cəlb edilməsi, yanğınların başvermə səbəblərinin araşdırılması və birgə mübarizə üsullarının effektiv təşkili barədə təlimatlar verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti