İndoneziyanın şərqindəki Papua əyalətində separatçı qrupun həyata keçirdiyi hücumda 4 əsgər həlak olub.
Unikal.org xəbər verir ki, Qərbi Papua Regional Hərbi Komandanlığının sözçüsü Hendra Pesireron verdiyi açıqlamada, Kisor kəndində 50 nəfər balta və digər soyuq alətlərlə qarnizona basqın edib. Belə ki, hücumun qarşısını almağa çalışan əsgərlərlə separatçı qrupla qarşıdurma yaranıb.
Nəticədə 4 əsgər ölüb, 2 nəfəri isə ağır yaralanıb. Əraziyə təhlükəsizlik qüvvələri göndərilib. Hadisəni törədənlər nəzarətə alınıb. Faktl bağlı araşdırma aparılır.
Gülayə Mecid