İngiltərənin xarici işlər naziri Dominik Raab, İngiltərənin "Taliban"ı tanımayacağını bildirib.
Unikal.org xəbər verir ki, bu barədə o, Qətərin paytaxtı Dohada keçirilən mətbuat konfransında deyib. Belə ki, Raab "Taliban" məsələsinə "realist" yanaşdıqlarını söyləyib. O, hər kəsin Əfqanıstandakı bu yeni idarəçiliyin yeni reallıqlarına uyğunlaşmalı olduğunu və "Taliban"la da ünsiyyət qurmalı olduğunu vurğulayıb.
Raab Kabil Beynəlxalq Hava Limanında törədilmiş terror aktının törədilməsi "Taliban" üçün bir sınaq olduğunu da qeyd edib.
Gülayə Mecid