18 gündür Şimali Kaliforniyada yayılan "Caldor" yanğını, ABŞ-ın məşhur istirahət zonası olan Tahoe gölünə doğru irəliləyir.

Unikal.org xəbər verir ki, hazırda yanğınlar ərazinin 237%-ni, yəni 207.931 hektara (841.5 kvadrat kilometr) külə çevirib. 

Kaliforniya qubernatoru Gavin Nevsom, El Dorado, Amador, Alp və Placer bölgələrində baş verən böyük meşə yanğınının qarşısının alınmasını gücləndirmək üçün Birbaşa Federal Yardım üçün prezident Baydenin "Fövqəladə Bəyannamə"sini təsdiqləyib. 

Bildirilib ki, hazırda 4400-ə yaxın canlı qüvvə və 26 helikopter sözügedən yanğınları söndürməyə çalışır. 14 avqustda başlayan yanğının 13 sentyabrda tamamilə söndürülə biləcəyi qeyd olunub. 

Ağarza Elçinoğlu