Əfqanıstanın Pəncşir əyalətindəki Milli Müqavimət Cəbhəsi “Əl-Qaidə” terror təşkilatının “Taliban” hərəkatı ilə biləşdiyini bəyan edib.
Unikal.org xəbər verir ki, bu barədə Müqavimət Cəbhəsi Tvitterdə bildirib.
“Əl -Qaidə” Əfqanıstan Müqavimət Cəbhəsi ilə mübarizə aparmaq üçün “Taliban”a birləşib. ABŞ geri çəkildi, tarix təkrarlanır", - bəyanatda vurğulanır.
“Taliban” 15 avqustda paytaxt Kabilə daxil olaraq, ölkədə hakimiyyəti ələ keçirdi. Onların nəzarətində olmayan yeganə əyalət Kabilin şimal-şərqindəki yüksəkliklərdə yerləşən Pəncşirdir.