Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsinə təyinat olub.

Səhiyyə Nazirliyindən Unikal.org-a bildirilib ki, bununla bağlı səhiyyə nazirinin birinci müavini Teymur Musayev əmr imzalayıb.

Əmrə əsasən, direktor vəzifəsinə Famil Məmmədov gətirilib.

Bu təyinata qədər həmin vəzifənin səlahiyyətlərini icra edən Esmira Alməmmədova öz ərizəsi ilə işdən çıxıb.