"Moskvada ümid edirlər ki, "Taliban" hərəkatı Pəncşir əyalətində döyüşlərə başlamaqla bağlı öz planlarından imtina edəcək və Əfqanıstanın digər gücləri ilə dialoqa başlayacaq".
Unikal.org xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Nazir münaqişə tərəfləri arasında danışıqların uğurla başa çatacağına ümid etdiyini deyib:
"Ümid edirəm ki, hər bir halda danışıqlar yarımçıq qalmayacaq və hər hansı bir qərar qəbul olunacaq. Döyüş əməliyyatlarının bərpası ilə bağlı təhdidlər isə reallaşmayacaq", - deyə Lavrov vurğulayıb.
Qeyd edək ki, sentyabrın 2-də "Əl-Cəzirə" kanalı "Taliban" üsyançılarının lideri Əhməd Məsudla danışıqlarının uğursuzluqla nəticələndiyi və silahlıların Pəncşir əyalətindəki müqavimət güclərinə hücuma keçəcəyi barədə məlumat verib.
Sentyabrın 1-də isə "Taliban" Pəncşirdəki altı əsas postu ələ keçirdiklərini bəyan edib. Ancaq müqavimət hərəkatı bu informasiyanı təkzib edib.
Qeyd edək ki, son 4 gün ərsində talibçilərin 350 silahlısının öldürüldüyü xəbəri mövcuddur.
Ağarza Elçinoğlu