Türkiyə Milli Müdafiə Nazirliyinin "tviter" səhifəsində "Turaz Şahini" təlimlərinə qatılacaq Azərbaycan Hərbi Hava Qüvvələri ilə bağlı payla.ım edilib. 

Unikal.org xəbər verir ki, nazirliyin səhifəsində azərbaycanlı hərbiçilərin fotoları paylaşılıb və bu sözlər yazılıb:

"Konyada 6-17 sentyabr 2021-ci il tarixləri arasında keçiriləcək "Turaz Şahini" təlimlərinə qatılacaq Azərbaycan Hərbi Hava Qüvvələrinin 2 "MİQ-29" və 2 "SU-25" təyyarələri ilə 78 personal ölkəmizə gəldi. Qardaşlarımıza "xoş gəldiniz" deyirik".

Seymur Əli